Şotlandiyanın "Seltik" klubu kolumbiyalı hücumçu Kamilo Duranın transferi üçün "Qarabağ"la razılığa gəlib.
İdman.Biz-in Şotlandiya mediasına istinadən verdiyi məlumata görə, Qlazqo klubu oyunçunun transferi üçün 5,5 milyon funt sterlinq (təxminən 12,5 milyon manat) ödəyəcək.
Əgər müqavilə rəsmi olaraq bağlanarsa, bu, Azərbaycan futbolu tarixində ən bahalı transfer olacaq.
