Nəriman Axundzadə komanda yoldaşlarını yerə sərdi - VİDEO

8 İyul 2026 11:28
104
Nəriman Axundzadə komanda yoldaşlarını yerə sərdi - VİDEO

ABŞ-nin “Kolumbus Kryu” futbol klubunun və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə qeyri-adi məşqlə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, MLS təmsilçisi mövsümün bərpasına hazırlıq çərçivəsində “Ronin Training Center”də ciu-citsu məşqi keçib.

Klub bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Ciu-citsu vasitəsilə bağımızı gücləndiririk. Mövsümümüzün bərpasına hazırlaşarkən əyləncəli məşq günü üçün “Ronin Training Center”ə baş çəkdik”.

Paylaşılan görüntülərdə Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə də yer alıb. 22 yaşlı hücumçu zalda komanda yoldaşları ilə güləşib.

Videoda Axundzadənin iki epizodda rəqiblərini fəndlə yerə yıxdığı görünür.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında “Qarabağ”dan “Kolumbus Kryu”ya transfer olunub.

İdman.Biz