“İnter Mayami” Messini əsəbləşdirən Vozinyanı almaq istəyir - VİDEO

8 İyul 2026 11:13
76
“İnter Mayami” Messini əsəbləşdirən Vozinyanı almaq istəyir - VİDEO

ABŞ-nin “İnter Mayami” futbol klubu Kabo-Verde millisinin qapıçısı Vozinyanı transfer siyahısına daxil edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

40 yaşlı qolkiper DÇ-2026-da sərgilədiyi oyunla diqqət mərkəzinə düşüb. Kabo-Verde millisinin turnirdəki əsas simalarından birinə çevrilən Vozinya hazırda azad agent statusundadır.

“İnter Mayami” təcrübəli qapıçının transferini ciddi şəkildə nəzərdən keçirir. Keçid baş tutarsa, Vozinya Lionel Messi ilə komanda yoldaşı olacaq.

Kabo-Verde DÇ-2026-da tarixi çıxışı ilə yadda qalıb. Komanda pley-off mərhələsində Argentina ilə dramatik oyunda 2:3 hesabı ilə uduzub.

Vozinya Argentina ilə oyunda Messinin üç zərbəsini birbaşa qaytarıb: 63-cü dəqiqədə oyun epizodundan, 72-ci dəqiqədə cərimə zərbəsindən və 90+5-ci dəqiqədə daha bir cərimə zərbəsindən. Ümumilikdə həmin matçda səkkiz seyvi olub.

İdman.Biz