“Nottingem Forest”in yeni baş məşqçisi bəlli olub

6 İyul 2026 14:15
98
“Nottingem Forest”in yeni baş məşqçisi bəlli olub

İngiltərənin “Nottingem Forest” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.

İdman.Biz xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə 50 yaşlı avstriyalı mütəxəssis Oliver Qlasner təyin edilib.

O, bu postda Vitor Pereyranı əvəzləyib.

Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qlasner təyinatından sonra klub rəhbərliyinin ona göstərdiyi etimadı xüsusi vurğulayıb:

“Klubun sahibi və rəhbərliyi ilə ilk söhbətdən sonra onların gələcəklə bağlı aydın baxışa malik olduqlarını, həmçinin mənə və məşqçilər korpusuma tam güvəndiklərini gördüm. Qərar verməyimdə məhz bu amillər və hazırkı heyətin potensialı əsas rol oynadı.

Məqsədimiz klubu yeni səviyyəyə qaldırmaq və azarkeşlərin qürur duyacağı bir komanda formalaşdırmaqdır”.

İdman.Biz