Mahrezi çətin seçim gözləyir: Ya Avropa, ya böyük maaş

5 İyul 2026 20:15
88
Mahrezi çətin seçim gözləyir: Ya Avropa, ya böyük maaş

Səudiyyə Ərəbistanının “Əl-Əhli” futbol klubundan ayrılan Riyad Mahrez karyerasının yeni mərhələsinə başlayır.

İdman.Biz xəbər verir ki, 35 yaşlı əlcəzairli vinger müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb. Lakin onun gələcəyi sadə görünmür. Buna əsas səbəb Mahrezin Səudiyyə Ərəbistanında aldığı yüksək maaşdır.

Məlumata görə, sabiq “Mançester Siti” və “Lester” futbolçusunun “Əl-Əhli”də illik qazancı 52,2 milyon avro (təxminən 104,4 milyon manat) təşkil edib. Avropa klublarının yaşı 35-ə çatan futbolçu üçün bu məbləğə yaxın maaş təklif etməyə hazır olmadığı bildirilir.

Mahrez “Əl-Əhli”də keçirdiyi üç mövsüm ərzində 100-dən çox oyuna çıxıb, qolları və məhsuldar ötürmələri ilə komandanın əsas simalarından biri olub. Buna baxmayaraq, klub idman layihəsində yenilənməyə üstünlük verib.

Hazırda futbolçunun Fransa və Türkiyə variantları nəzərdən keçirdiyi qeyd olunur. Lakin Avropaya qayıtmaq üçün Mahrez ciddi maaş endiriminə razı olmalıdır. Əks halda, onun karyerasını yenidən yüksək maliyyə şərtləri təklif edən başqa çempionatda davam etdirməsi daha real görünür.

Qeyd edək ki, Riyad Mahrez daha əvvəl Əlcəzair millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz