“Yuventus”dan gənc hücumçu həmləsi: Ekhator üçün danışıqlar sürətlənib

30 İyun 2026 12:40
110
“Yuventus”dan gənc hücumçu həmləsi: Ekhator üçün danışıqlar sürətlənib

Futbol üzrə İtaliyanın “Yuventus” klubu “Cenoa”nın gənc hücumçusu Ceff Ekhatoru heyətinə qatmağa çalışır.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi 2006-cı il təvəllüdlü forvardın transferi üçün “Cenoa” ilə danışıqları irəlilədib. Tərəflər bir neçə futbolçunun daxil olduğu mümkün razılaşma üzərində işləyirlər.

Məlumata görə, Ekhator “Yuventus”a keçə bilər. Əks istiqamətdə isə David Puçka və Covanni Daffaranın “Cenoa”ya yollanması variantı gündəmdədir.

İtaliya mediası daha əvvəl keçidin təxminən 15 milyon avro (30 milyon) dəyərində müzakirə olunduğunu yazıb. “Cenoa”nın transferi qısa müddətdə yekunlaşdırmaq istədiyi bildirilir.

Qeyd edək ki, Ekhator ötən mövsüm A Seriyasında “Cenoa”nın heyətində çıxış edib.

İdman.Biz