Əlcəzair əsilli fransalı futbolçu Nabil Fekir karyerasını yenidən İspaniyada davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin “Rasinq Santander”in maraq dairəsinə düşüb. “Əl-Cəzirə”dən ayrılan futbolçu hazırda azad agent statusundadır və bu amil La Liqaya qayıdan Santander təmsilçisi üçün transferi cəlbedici edir.
Keçidin reallaşmasında Serxio Kanales amilinin rol oynaya biləcəyi bildirilir. Fekir daha əvvəl Kanaleslə “Betis”də birlikdə çıxış edib. Bu səbəbdən ispaniyalı futbolçunun keçmiş komanda yoldaşını “Rasinq Santander”ə keçməyə razı salmaqda təsirli ola biləcəyi vurğulanır.
Əsas maneə isə futbolçunun maaşıdır. Birləşmiş Ərəb Əmirliklərində yüksək məvacib alan Fekirin İspaniyaya qayıtmaq üçün maliyyə tələblərini azaltmalı olacağı deyilir.
Qeyd edək ki, Nabil Fekir 2019-2024-cü illərdə “Betis”də çıxış edib. O, İspaniya klubunda texnikası, son ötürmələri və hücum xəttində yaradıcılığı ilə seçilib.
