Vəli Qasımov Azərbaycan futbol tarixinin Avropada ən parlaq iz qoymuş simalarından biridir. İspaniyada legioner həyatı yaşamış sabiq hücumçu illər sonra həmin ölkə, futbol mədəniyyəti və Azərbaycan futbolunun bugünkü durumu ilə bağlı maraqlı açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, “Kandar” “YouTube” kanalına müsahibə verən 57 yaşlı veteran futbolçu “Sevilya” – “Real Betis” rəqabəti, derbi əvvəli yaşanan hadisələri xatırlayıb:
“Betis”lə müqaisədə “Sevilya” maddi baxımdan daha zəngin klub sayılırdı. “Sevilya”da hər zaman bahalı futbolçular oynayıb. Təbii ki, oranın debisi çox maraqlıdır. Bu, “Real Madrid”-“Barselona” derbisindən fərqlənir. Zarafata, əyləncəyə daha çox yer verilir. Ajiotaj olsasa da, gərginlik, azarkeşlər arasında toqquşma olmur” – deyə Vəli Qasımov qeyd edib.
