Elman Himayətoğlu “Zirə”nin idman direktoru vəzifəsinə təyin olunub

26 İyun 2026 17:31
104
Elman Himayətoğlu “Zirə”nin idman direktoru vəzifəsinə təyin olunub

“Zirə” futbol klubunun idman direktoru vəzifəsinə yeni təyinat olub.

İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl klubda baş menecer kimi çalışan Elman Himayətoğlu sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, E.Himayətoğlu 2015-ci ildən “Zirə”də fəaliyyət göstərir.

İdman.Biz