Messi yenidən “Barselona” forması geyinə bilər

21 İyun 2026 22:48
91
Messi yenidən “Barselona” forması geyinə bilər

Argentina millisinin kapitanı Lionel Messi yenidən “Barselona” forması ilə meydana çıxa bilər.

İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, Kataloniya klubu və “İnter Mayami” ənənəvi Joan Qamper Kuboku çərçivəsində yoldaşlıq oyunu keçirmək variantını müzakirə edir.

Məlumata görə, qarşılaşma 2027-ci ildə baş tuta bilər. Əvvəlcə oyunun bu il təşkil olunması planlaşdırılsa da, Messinin ABŞ klubu ilə müqaviləsini uzatmasından sonra plan dəyişib.

İddia olunur ki, tərəflər qeyri-adi ssenarini də nəzərdən keçirirlər. Bu varianta əsasən, Messi oyunun bir hissəsində “Barselona”, digər hissəsində isə “İnter Mayami” formasında çıxış edə bilər. Belə addım argentinalı ulduzun Kataloniya klubunun azarkeşləri ilə rəsmi və simvolik şəkildə vidalaşmasına imkan yaradar.

Qeyd edək ki, Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. O, Kataloniya klubunda 700-dən çox oyun keçirib və komanda tarixinin ən titullu futbolçularından birinə çevrilib.

38 yaşlı hücumçu hazırda “İnter Mayami”də çıxış edir. Messi DÇ-2026-da da Argentina millisinin heyətində yüksək forması ilə diqqət çəkir. O, Əlcəzairlə oyunda het-trik edərək komandasının 3:0 hesablı qələbəsində əsas rol oynayıb.

İdman.Biz