Arteta türkiyəli gənc oyunçunu istəyir

9 İyun 2026 16:08
91
Arteta türkiyəli gənc oyunçunu istəyir

Yeni sol cinah oyunçusu axtarışında olan İngiltərənin “Arsenal” futbol klubu türkiyəli futbolçu Kenan Yıldızı sıralarına qatmaq istəyir.

İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, baş məşqçi Mikel Arteta sol cinah oyunçusunun transferində israrlıdır və London təmsilçisi “Yuventus”un 21 yaşlı futbolçusu Kenan Yıldızı istəyir.

Hələlik Turin klubunun rəhbərliyi futbolçunun satılmadığını qəti şəkildə qarşı tərəfin diqqətinə çatdırıb.

Qeyd edək ki, Kenan Yıldız geridə qalan mövsümdə “Yuventus”un heyətində 47 oyunda meydana çıxıb. Sol hücumameyilli cinah futbolçusu bu matçlarda 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Eyni zamanda, o, mövsümün ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

İdman.Biz
Məqalədə: