“Arsenal” 20 yaşlı hücumçuya böyük məbləğdə pul xərcləməyə hazırdır

6 İyun 2026 12:18
153
“Arsenal” 20 yaşlı hücumçuya böyük məbləğdə pul xərcləməyə hazırdır

Portuqaliyanın “Portu” futbol klubunun braziliyalı vingeri Villiam Qomes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində Londonun Arsenal klubu maraqlıdır.

Mənbənin məlumatına görə, Qomeşin müqaviləsində 80 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. “Arsenal”ın bu transferi reallaşdırmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir.

Gənc hücumçu “Portu”nun heyətində 46 oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Porto” ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz
Məqalədə: