“Turan Tovuz” UEFA-nın qərarı ilə Konfrans Liqasından kənarlaşdırılıb. Klub qərarla razılaşmır və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib”.
Bu sözləri Tovuz təmsilçisinin kapitanı Şəhriyar Əliyev durumla bağlı fikirlərini bölüşüb.
“Həqiqətən, qərarı eşidəndə çox məyus olduq. İstər-istəməz komandaya təsir edir. Mövsümboyu çox əziyyət çəkdik, çalışdıq, mükafatçılar sırasına düşdük və avrokuboklara vəsiqə qazandıq. İndi belə qərarın çıxması bizi məyus edir. Buna baxmayaraq, ümidliyik, inanırıq ki, CAS qadağanı ləğv edəcək”, - deyə o, futbolpress.az-a açıqlamasında söyləyib.
Əliyev UEFA qərarının qüvvədə qalacağı təqdirdə də, ruhdan düşməyəcəklərini əlavə etdi:
“Düzdür, məyusuq, amma pis qərar çıxsa da, ruhdan düşməyəcəyik. Yenidən oynayıb, mübarizə aparıb, avrokuboklara vəsiqə əldə etməyə çalışacağıq. İndi neqativ hallar haqda düşünmək istəmirik”.
