"Qol vuranda keçirdiyim hissi heç bir sözlə anlatmaq mümkün deyil".
Bu sözləri İdman.Biz-in sualına cavab olaraq minifutbaol üzrə Avropa çempionatının finalında Ukraynanın qapısına ikinci qolun müəllifi İsa Atayev deyib.
“O hissi anlamaq üçün gərək orda olasan. Burada onu ifadə etmək mümkün deyil”, - Atayev bildirib.
Qeyd edək ki, minifutbol millimiz Slovakiyada keçirilən Avropa çempionatında finalda Ukraynanı 2:0 məğlub edərək ikinci dəfə qitə birincisi olub. Dörd il əvvəl - 2022-ci ildə millimiz ilk dəfə bu nailiyyətə imza atmışdı. Yığmamız ötən il dünya çempionu tituluna da yiyələnib.
İslam Atakişiyev
