“Yuventus” Kenan Yıldız üçün 100 milyon avro tələb edir

10 Avqust 2026 17:51
94
“Yuventus” Kenan Yıldız üçün 100 milyon avro tələb edir

“Yuventus” Kenan Yıldızın transferi ilə bağlı 100 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə İtaliyanın məşhur “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, Kenan Yıldız geridə qalan mövsümdə “Yuventus”un heyətində 47 oyunda meydana çıxıb.

Sol hücumameyilli cinah futbolçusu bu matçlarda 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Eyni zamanda, o, mövsümün ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

İdman.Biz
Məqalədə: