“Barselona”nın futbolçusu Runi Bardaqji məşq zamanı dizindən ağır zədə alıb.
İdman.Biz xəbər verir ki, isveçli vinger məşq zamanı heç bir təmas olmadan yerə yıxılıb və ağrı içində meydanı tərk edib.
İlkin məlumata görə, 20 yaşlı futbolçunun diz bağlarında ciddi zədədən şübhələnilir. Runi Bardaqjinin ön çarpaz bağlarının (ACL) cırılması hələlik rəsmi olaraq təsdiqlənməyib. Zədənin dəqiq xarakteri və ağırlıq dərəcəsi tibbi müayinələrdən sonra müəyyənləşəcək.
Əgər ACL zədəsi təsdiqlənərsə, futbolçunun təxminən 10 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu halda Runi Bardaqji 2027/28 mövsümünə qədər komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Runi Bardaqji daha əvvəl də ciddi diz zədəsi ilə üzləşib. O, 2024-cü ilin mayında “Kopenhagen”də çıxış edərkən ön çarpaz bağlarını cırıb və təxminən bir il futboldan uzaq qalıb.
Runi Bardaqji 2025-ci ilin yayında “Kopenhagen”dən “Barselona”ya keçib. Kataloniya klubu isveçli futbolçu ilə 2029-cu ilədək müqavilə imzalayıb.
