“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Orhus”la cavab oyunu öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis doğma meydanda qələbə qazanaraq mərhələ adlamaq istədiklərini bildirib.
“Rəqib komandaya Bakıda xoş gəlmisiniz deyirəm. İnanıram ki, sabah həyəcanlı oyuna şahidlik edəcəyik. Biz ev sahibi komandayıq və azarkeşlərimizin dəstəyini hiss edəcəyimizə inanıram. 1 qolluq fərqi aradan qaldıracağıq. Görüşün sonunda nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik”, - deyə Dambrauskas bildirib.
Qeyd edək ki, “Sabah” - “Orhus” qarşılaşması avqustun 11-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
