10 il əvvəl xorvatiyalı futbol ulduzu Luka Modriçlə şəkil çəkdirən Kristian Komotto indi kumiri ilə birlikdə “Milan”ın əsas komandasında meydana çıxıb.
İdman.Biz xəbər verir ki, Komotto hələ uşaq ikən “Real Madrid”in oyunlarından birini izləmək üçün stadiona gedib və həmin vaxt komandanın futbolçusu olan Modriçlə şəkil çəkdirib.
İllər sonra isə onların yolları “Milan”da kəsişib. Hazırda 18 yaşı olan Komotto ilk komandanın heyətində Modriçlə birlikdə oynamaq fürsəti əldə edib.
Gənc futbolçu illər əvvəl çəkilən fotonu sosial şəbəkə hesabında paylaşaraq “Arzular gerçəkləşir” sözlərini yazıb.
Qeyd edək ki, Modriç Komottodan 23 yaş böyükdür.

