İvan Lepinitsa: “Orhus”la qarşılaşmaya çox ciddi hazırlaşmışıq”

10 Avqust 2026 18:32
169
İvan Lepinitsa: “Orhus”la qarşılaşmaya çox ciddi hazırlaşmışıq”

“İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq”

İdman.Biz xəbər verir ki, bunu “Sabah”ın futbolçusu İvan Lepinitsa “"Orhus”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında bildirib.

Yarımmüdafiəçi görüşə ciddi hazırlaşdıqlarını deyib.

“Səfərdə çox yaxşı çıxış etmişdik. Rəqibin 2 dəfə uzaq məsafədən qol vurmaq şansı oldu və bundan maksimum istifadə etdilər. Cavab matçına çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq”, - Lepinitsa vurğulayıb.

"Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz