İtaliya millisinin və “Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero 18 yaşlı Bosniya və Herseqovina millisinin üzvü Kerim-Sem Alaybegoviçin Turin klubuna transferi barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, əfsavi italyan futbolçu bu barədə “Sky Sport Italia”ya açıqlamasında danışıb.
“Bu yeni istedadla bağlı ilk növbədə çox sevinirəm. Çünki o, əla oyun keyfiyyətlərinə malik futbolçudur və çox gəncdir. Ona görə də bu transfer böyük üstünlükdür. Hazırda İtaliya liqasında istedadlı futbolçular tapmaq bizim üçün çətindir, çünki onlar əlimizdən alınır.
Ümid edək ki, o, özünü yaxşı göstərəcək və inkişaf etməsi üçün kifayət qədər vaxtı olacaq. Ona çox erkən təzyiq göstərilməməlidir, çünki bunun heç bir mənası yoxdur.
Bunlar fundamental məsələlərdir. Düşünürəm ki, il ərzində Spallettinin Alaybegoviçə şans vermək və onu yaxından izləmək imkanı olacaq”, – deyə Del Pyero ya açıqlamasında bildirib.
