Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvləri vətənə qayıdıblar.
İdman.Biz bildirir ki, onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıblar. Azarkeşlər, media nümayəndələri və idman ictimaiyyəti millimizi böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, minifutbol millimiz Slovakiyada keçirilən Avropa çempionatında finalda Ukraynanı 2:0 məğlub edərək ikinci dəfə qitə birincisi olub. Dörd il əvvəl - 2022-ci ildə millimiz ilk dəfə bu nailiyyətə imza atmışdı. Yığmamız ötən il dünya çempionu tituluna da yiyələnib.
