Fransada PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra baş verən iğtişaşlarda saxlanılanların sayı 900-ə çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nünyes məlumat verib.
“Yekun rəqəmi yeniləyirəm: ümumilikdə 890-dan çox şəxs saxlanılıb. Bu, ötən illə müqayisədə 45 faiz çoxdur. Təəssüf ki, daxili təhlükəsizlik qüvvələrinin 178 əməkdaşı xəsarət alıb”, – deyə L. Nünyes bildirib.
Xatırladaq ki, PSJ mayın 30-da Çempionlar Liqasının finalında Londonun “Arsenal” komandasını penaltilərlə məğlub edərək ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Matç Budapeştdə keçirilib.
