Del Pyero: “Xviça “Qızıl top”a layiqdir”

1 İyun 2026 14:13
67
Del Pyero: “Xviça “Qızıl top”a layiqdir”

“Yuventus” futbol klubunun və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero Xviça Kvaratsxeliyanın PSJ-nin Çempionlar Liqasındakı qələbəsindəki rolunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, o, gürcü futbolçunun “Qızıl top”a layiq olduğunu bildirib.

“Əgər 2026-cı il dünya çempionatı olmasaydı, Kvaratsxeliya birmənalı şəkildə “Qızıl top”un sahibi olardı. Heç kim qolları, məhsuldar ötürmələri və ümumilikdə meydandakı varlığı ilə oyuna onun qədər təsir göstərməyib.

“Arsenal”a gəlincə, onlar möhtəşəm mövsüm keçirdilər. Baxmayaraq ki, finalda vurduqları qoldan sonra həddindən artıq passiv oldular. Amma bu, onların inanılmaz mövsümündə yeganə qara ləkədir. Unutmayaq ki, Premyer Liqa çox çətin və yüksək tələblər qoyan çempionatdır”, – deyə Del Pyero açıqlamasında bildirib.

İdman.Biz