İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe PSJ azarkeşlərinin təhqiramiz şüarları ilə üzləşib.
İdman.Biz xəbər verir ki, hadisə Paris təmsilçisinin Çempionlar Liqasının finalında qələbəsindən sonra baş verib. Paytaxt küçələrinə çıxan fanatlar Eyfel qülləsi fonunda fransalı hücumçunun anasına qarşı kobud ifadələr səsləndiriblər.
Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrılaraq “Real Madrid”ə keçib. Onun gedişindən sonra Paris klubu iki dəfə ardıcıl Çempionlar Liqasının qalibi olub.
2025/2026 mövsümündə Mbappe Çempionlar Liqasında 15 qol vuraraq turnirin ən məhsuldar futbolçusu olub. Lakin “Real Madrid” dörddəbir final mərhələsində “Bavariya”ya uduzaraq mübarizəni dayandırıb.
