İspaniyanın “Barselona” klubunun futbolçusu Runi Bardaqji qarşıdakı transfer pəncərəsində komandasını dəyişmək niyyətindədir.
İdman.Biz xəbər verir ki, 20 yaşlı vinger agentinə özü üçün yeni klub tapmağı tapşırıb.
İsveçli futbolçu daimi oyun praktikasının olmamasından narazıdır və buna görə də mütəmadi olaraq meydanda şans qazanacağı komandaya keçmək istəyir.
Mənbənin bildirdiyinə görə, oyunçu tam transferdən daha çox icarə variantına üstünlük verir. Runi Bardaqji ötən ilin yayında Danimarkanın “Kopenhagen” klubundan “Barselona”ya keçib.
