İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Benjamin Şeşko baş məşqçi Maykl Kerrik və onun məşqçilər korpusu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, sloveniyalı futbolçu komandanın Çempionlar Liqasına qayıdışında Kerrikin rolunu xüsusi vurğulayıb.
“Yalnız o yox, onunla birlikdə çalışan bütün komanda bizə hər detalda inkişaf etməyə kömək edə bilər. Mən buna görə çox minnətdaram”, - deyə Şeşko bildirib.
Futbolçu “Mançester Yunayted”in Avropanın əsas klub turnirində yer almasının vacibliyini də qeyd edib:
“Bu klub həmişə burada olmalıdır. Biz onu geri qaytardıq və hər kəs növbəti mövsümdə həmin gecələri yenidən yaşamaq üçün həyəcanlıdır. Bu klub o qədər böyük tarixə və ada sahibdir ki, orada olmağa layiqdir”.
