“Monako”nun yeni baş məşqçisi müəyyənləşdi

28 May 2026 12:05
135
“Monako”nun yeni baş məşqçisi müəyyənləşdi

“Monako” 2026/27 mövsümündən etibarən komandanın baş məşqçisi postuna Filip Luisi gətirmək üçün razılıq əldə edib.

Gözlənilməz təyinat hesab olunan bu qərara əsasən, braziliyalı mütəxəssis Pokonyolini əvəzləyəcək. Filip Luis Fransa təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.

Razılıq klubun direktoru Tyaqo Skuronun rəhbərlik etdiyi danışıqlardan sonra əldə olunub.

Qeyd edək ki, Filip Luis məşqçilik karyerasında yüksələn mütəxəssislərdən biri hesab olunur.

İdman.Biz
Məqalədə: