İspaniyanın “Barselona” futbol klubunun idman direktoru Deko transfer çalışmaları çərçivəsində Dani Olmonun agentləri ilə görüş keçirib.
İdman.Biz “Diario Sport”a istinadən xəbər verir ki, Deko Endi Bara və Xuanma Lopeslə bir araya gəlib.
Görüşdə əsas mövzu Hansi Flikin komandasında önəmli rol oynayan Dani Olmonun vəziyyəti olub.
Tərəflər, həmçinin “Barselona”nın U-19 komandasında çıxış edən xorvatiyalı vinger Lovro Çelfinin mümkün yay ayrılığını da müzakirə ediblər.
19 yaşlı futbolçunun “Barselona” U-19 komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Görüşün diqqətçəkən tərəfi Xuanma Lopesin Xulian Alvares məsələsində vasitəçi kimi çıxış etməsidir.
