Alleqri “İnter”ə niyə gəlmədi? - Marotta sirri açdı

28 May 2026 12:18
129
Alleqri “İnter”ə niyə gəlmədi? - Marotta sirri açdı

İtaliyanın “İnter” futbol klubunun prezidenti Cüzeppe Marotta Massimiliano Alleqrinin Milan təmsilçisinə mümkün keçidi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, "Marotta “Dazn"a açıqlamasında Simone İnzaqinin təyinatından əvvəl Alleqri ilə görüş keçirildiyini təsdiqləyib.

“Qiymətləndirmə aparanda başqa variantları da dinləmək doğrudur. Gizlətmirəm, İnzaqini seçəndə onunla görüşmüşdük. Amma o, “Real Madrid”dən imtina etdikdən sonra artıq “Yuventus”a söz vermişdi. Bu öhdəlikdən başqa, həmin söhbət planlarımızın üst-üstə düşmədiyini anlamağa kömək etdi. O, daha iddialı layihələr istəyirdi, biz isə bunu təmin edə bilmirdik. Əslində isə o, artıq “Yuventus”un məşqçisi idi”, - deyə Marotta söyləyib.

İdman.Biz