Azərbaycan klubları Polşa çempionatının bombardirlərindən birinə göz dikiblər

26 May 2026 01:44
157
Azərbaycan klubları Polşa çempionatının bombardirlərindən birinə göz dikiblər

Polşanın “Yagelloniya” klubunun hücumçusu Afimiko Pululu karyerasını Azərbaycandakı klublardan birində davam etdirə bilər.

İdman.Biz-in Sports.kz-ə istinadən verdiyi məlumata görə, 27 yaşlı konqolu hücumçuya yalnız Qazaxıstan yox, həm də Polşa və Azərbaycan klubları maraq göstərir.

Mənbənin məlumatına görə, Pululunun Qazaxıstan liqasına keçmə ehtimalı aşağı olaraq qalır, çünki rəqiblər oyunçuya daha əlverişli maliyyə şərtləri təklif etməyə hazırdırlar.

Hücumçunun müddəti bitməkdə olan “Yagelloniya” ilə müqaviləsini yeniləmək niyyətində olmadığı bildirilir.

Ötən mövsüm “Bazel”in yetirməsi Polşa liqasında 33 oyun keçirib və 15 qol vurub.

Transfermarkt-ın məlumatına görə, oyunçunun bazar dəyəri dörd milyon avrodur.

İdman.Biz