Acun Ilıcalı “Hall Siti”yə bir qoyub üç götürdü

24 May 2026 17:46
169
Acun Ilıcalı “Hall Siti”yə bir qoyub üç götürdü

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” futbol klubu Premyer Liqaya yüksəlib.

İdman.Biz xəbər verir ki, komanda Çempionşipin pley-off finalında “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edib. “Uembli” stadionunda keçirilən qarşılaşmada yeganə qol 90+5-ci dəqiqədə vurulub. Qələbə topuna Oli Makbörni imza atıb.

Bu nəticədən sonra “Hall Siti” 2016/2017 mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanıb. Acun Ilıcalı klubu 2022-ci ildə 30 milyon funta (66 milyon AZN) satın alıb. Bu müddət ərzində isə 70 milyona (154 milyon AZN) yaxın vəsait zərcləyib və komanda onun rəhbərliyi dövründə yenidən ölkənin ən güclü liqasına qayıdıb.

“Hall Siti” Premyer Liqaya yüksəlişdən sonra yayım hüquqları, reklam gəlirləri və liqaya qatılma ödənişləri hesabına təxminən 300 milyon funt (660 milyon AZN) gəlir əldə edib.

Qeyd edək ki, “Hall Siti” mövsüm ərzində gözləntiləri aşaraq Premyer Liqaya vəsiqə qazanıb. Komanda ötən mövsümü Çempionşipdə 21-ci pillədə başa vurmuşdu.

İdman.Biz