Harri Keyndən mövsümə möhtəşəm nöqtə

24 May 2026 14:19
130
Harri Keyndən mövsümə möhtəşəm nöqtə

Almaniyanın “Bavariya” futbol komandasının hücumçusu Harri Keyn karyerasının ən parlaq mövsümlərindən birini keçirib.

İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu mövsümü 60-dan çox qolla başa vurub və Münhen klubu ilə qızıl dubl edib.

Keyn Almaniya Kubokunun finalında “Ştutqart”a qarşı het-trik edərək “Bavariya”ya 3:0 hesablı qələbə qazandırıb. Bununla Münhen təmsilçisi Bundesliqa çempionluğundan sonra Almaniya Kubokunu da əldə edib və son altı ildə ilk dəfə ölkədaxili dubl rəsmiləşdirib.

32 yaşlı hücumçu mövsüm ərzində “Bavariya”nın heyətində 51 oyunda 61 qol vurub, yeddi assist edib.

İdman.Biz