Ter Ştegen La Liqada görünməmiş hadisənin qəhrəmanı olub

24 May 2026 10:28
136
Ter Ştegen La Liqada görünməmiş hadisənin qəhrəmanı olub

İspaniyanın “Jirona” futbol komandasının qapıçısı, “Barselona”dan icarəyə götürülən Mark-Andre ter Ştegen La Liqa mövsümünün ən maraqlı statistikasına imza atıb.

İdman.Biz xəbər verir ki, 34 yaşlı almaniyalı futbolçu eyni mövsümdə həm İspaniya çempionu olub, həm də La Liqanı tərk edən komandanın heyətində yer alıb.

“Barselona” 2025/2026 mövsümünü 94 xalla birinci pillədə başa vurub. “Jirona” isə 41 xalla 19-cu yeri tutaraq Sequndaya düşüb. Ter Ştegen mövsümün ikinci yarısında “Barselona”dan “Jirona”ya icarəyə verildiyi üçün bu qeyri-adi göstərici ilə gündəmə gəlib.

Kataloniya klubunun rəsmi məlumatına əsasən, qapıçının “Jirona”ya icarəsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub. “Jirona” son turda “Elçe” ilə 1:1 hesablı heç-heçədən sonra elitada qalmaq şansını itirib.

İdman.Biz