Arbeloa sabah “Real Madrid”dən ayrılacağını deyib

22 May 2026 14:20
104
Arbeloa sabah “Real Madrid”dən ayrılacağını deyib

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa klubdakı gələcəyi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında mövsümün son oyunu ərəfəsində bunun vida yox, müvəqqəti ayrılıq olmasını istədiyini deyib.

“Sabahkı vida? Ümid edirəm ki, bu, hələlik sağollaşma olacaq. Ümid edirəm, bir gün qayıdacağam”, - deyə Arbeloa vurğulayıb.

Baş məşqçi “Real Madrid”in onun üçün xüsusi yer olduğunu söyləyib:

“Mən 20 ildir “Real Madrid”dəyəm, bura mənim evimdir. Bu, mövsümdə son matçımdır. Bunun “Madrid” məşqçisi kimi həyatımın son oyunu olub-olmayacağını bilmirəm, bunu heç vaxt bilmək olmur”.

Qeyd edək ki, “Real Madrid” mövsümün son oyununda “Atletik Bilbao” ilə qarşılaşacaq. İspaniya mediasında bu matçın həm bəzi futbolçular, həm də Arbeloa üçün vida xarakteri daşıya biləcəyi yazılır.

İdman.Biz