Azpilikueta karyerasını bitirdi

22 May 2026 13:29
93
Azpilikueta karyerasını bitirdi

İspaniyanın “Sevilya” futbol komandasının müdafiəçisi Sesar Azpilikueta peşəkar karyerasını başa vurub.

İdman.Biz xəbər verir ki, 36 yaşlı ispaniyalı futbolçu son olaraq La Liqa təmsilçisinin formasını geyinib.

Azpilikueta karyerası ərzində İspaniya millisində 44 oyun keçirib və bir qol vurub. O, yığma ilə iki Dünya Çempionatı və bir Avropa çempionatında iştirak edib.

Müdafiəçi peşəkar karyerasına İspaniyanın "Osasuna" komandasında başlayıb. Klub səviyyəsində Fransanın “Marsel”, İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və “Sevilya” komandalarında çıxış edib.

Onun karyerasının ən parlaq dövrü “Çelsi” ilə bağlıdır. London klubunda 12 mövsüm keçirən futbolçu 500-dən çox matça çıxıb və kapitan kimi Çempionlar Liqası, Premyer Liqa, Avropa Liqası, Klublararası Dünya Çempionatı və UEFA Superkuboku da daxil olmaqla bir sıra titullar qazanıb.

Məlumata görə, Azpilikueta 2026-cı il Dünya Çempionatı zamanı BBC-də şərhçi kimi çalışacaq.

İdman.Biz