Premyer Liqaya vəsiqə uğrunda pley-offun son iştirakçısı bəlli olur

22 May 2026 11:03
58
Premyer Liqaya vəsiqə uğrunda pley-offun son iştirakçısı bəlli olur

Bu gün Premyer Liqaya vəsiqə uğrunda pley-offun ikinci iştirakçısı müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, I Liqanın son - XXVII turunda “Mingəçevir” öz meydanında “Səbail”lə qarşılaşacaq.

Görüş Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək və saat 17:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Hazırda turnir cədvəlində “Səbail” 50 xalla ikinci, “Mingəçevir” isə 48 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, I Liqanı ikinci sırada başa vuran komanda Misli Premyer Liqasının 11-ci pilləsində qərarlaşan “Qəbələ” ilə pley-off görüşündə qarşılaşacaq.

İdman.Biz