16 yaşlı qapıçı Afrika Kubokunda gündəm oldu

15 May 2026 15:35
111
16 yaşlı qapıçı Afrika Kubokunda gündəm oldu

Angola U-17 millisinin qapıçısı Jelson Joakim Dala Afrika Kubokunda parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, 16 yaşlı qolkiper U-17 Afrika Millətlər Kubokunda Mali ilə qolsuz başa çatan oyunun ən yaxşı futbolçusu seçilib. CAF-ın rəsmi saytında Dalanın bir neçə vacib seyv etdiyi və komandasına dəyərli xal qazandırdığı qeyd olunur.

Sənədlərə əsasən, qapıçı 22 sentyabr 2009-cu ildə anadan olub. “Transfermarkt” portalında onun Anqola U-17 millisinin və “Petro de Luanda”nın U-17 komandasının futbolçusu olduğunu göstərir.

Dalanın fotosu sosial şəbəkələrdə də geniş müzakirə yaradıb. İstifadəçilərin bir hissəsi onun yaşını və xarici görünüşünü müzakirə etsə də, rəsmi məlumatlarda futbolçunun 16 yaşı olduğu qeyd olunur.

CAF daha əvvəl də Dalanı Angola U-17 millisinin diqqətçəkən oyunçularından biri kimi təqdim edib. Qurum onun COSAFA seçmə mərhələsində ən yaxşı qapıçı seçildiyini və mövqe seçimi, reaksiya sürəti, topu oyuna daxil etmə bacarığı ilə fərqləndiyini yazıb.

İdman.Biz