Xulian Alvaresdən 14 yaşlı bərbərə unudulmaz jest - FOTO

15 May 2026 16:43
118
Xulian Alvaresdən 14 yaşlı bərbərə unudulmaz jest - FOTO

Argentina millisinin və İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares 14 yaşlı bərbər Qayel Baxoya xüsusi jest edib.

İdman.Biz xəbər verir ki, Argentinada valideynlərinin evində öz bərbərxanasını açan yeniyetmə yerli televiziyada ən böyük arzusunun Alvaresin saçını kəsmək olduğunu bildirib. Bu hekayədən xəbər tutan futbolçu Qayeli İspaniyaya dəvət edib və onun arzusunu reallaşdırıb.

Qayel 14 yaşında olmasına baxmayaraq, artıq evlərinin qarajında müştərilərə xidmət göstərir. Onun hekayəsi sosial şəbəkələrdə yayıldıqdan sonra “La Aranya” ləqəbli Alvares gənc bərbərlə əlaqə saxlayıb.

Argentinalı futbolçu yeniyetmənin Madridə səfərini təşkil edib. Qayel burada Alvareslə görüşüb və onun saçını kəsərək uzun müddətdir arzuladığı anı yaşayıb.

Qayel görüşdən sonra böyük həyəcan keçirdiyini bildirib. Argentina mətbuatına görə, 14 yaşlı bərbər Alvareslə görüşün onun üçün unudulmaz təcrübə olduğunu deyib.

İdman.Biz