“Mövsümü iki kubokla başa vurmaq bizim üçün böyük qürurdur”.
Bu sözləri “Sabah”ın fransalı futbolçusu Aaron Maluda deyib.
Paytaxt təmsilçisinin uğurlu mövsüm keçirdiyini vurğulayan hücumameyilli yarımmüdafiəçi əldə olunan nəticələrdən məmnun qaldıqlarını bildirib.
“Çox xoşbəxtik. Mövsümü həm çempionluq, həm də ölkə kuboku ilə başa vurduq. Düşünürəm ki, bundan daha yaxşı nəticə arzulamaq çətin olardı. Komanda olaraq bütün il ərzində böyük əzmkarlıq göstərdik və bunun qarşılığını aldıq. Bu uğur həm futbolçuların, həm məşqçilər heyətinin, həm də azarkeşlərin əməyinin nəticəsidir. Azarkeşlərimiz heç vaxt bizi tək qoymadılar. Hətta hesabda geri olduğumuz anlarda belə onların dəstəyini hiss edirdik”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Aaron Maluda UEFA Çempionlar Liqasında iştirakla bağlı da fikirlərini bölüşüb: “Çempionlar Liqası bizim üçün yeni bir səhifədir. İlk dəfə bu atmosferi yaşayacağımız üçün həyəcanlıyıq. Dərk edirik ki, bu səviyyədə çıxış etmək üçün çox ciddi hazırlıq keçməliyik. Bəxtimiz onda gətirib ki, kifayət qədər yaxşı komandamız var. Yalnız irəli baxırıq. Bu turnirdə bacardığımızın ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək “qızıl dubl” edib. Bakı təmsilçisi ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun sahibi olub.
