Flik atasını itirdi, amma “El-Klasiko”dan çəkilmir

10 May 2026 16:13
110
Flik atasını itirdi, amma “El-Klasiko”dan çəkilmir

Futbol üzrə İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hansi Flikin atası bu gün səhət saatlarında, “Real Madrid”lə “El-Klasiko”dan əvvəl vəfat edib.

İdman.Biz xəbər verir ki, bu barədə İspaniyanın AS nəşrinin “Barselona” - “Real Madrid” matçı ilə bağlı canlı yayımında məlumat verilib. Mənbənin yazdığına görə, almaniyalı mütəxəssis acı xəbəri bu səhər həm paltardəyişmə otağına, həm də klub rəhbərliyinə çatdırıb.

Buna baxmayaraq, Flik qarşılaşmanı buraxmağı planlaşdırmır. “Barselona”nın çalışdırıcısı komandasının “Real Madrid”lə prinsipial görüşündə yerində olmaq niyyətindədir.

İdman.Biz