“Qarabağ”ın futbolçusu Azərbaycan Premyer Liqasında 25-ci qoluna imza atıb - VİDEO

10 May 2026 13:52
149
“Qarabağ”ın futbolçusu Azərbaycan Premyer Liqasında 25-ci qoluna imza atıb - VİDEO

“Qarabağ”ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib. 25-ci qoluna Misli Premyer Liqasının 31-ci turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/2022 mövsümündə 12, 2022/2023 mövsümündə 4, 2024/2025 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/2026 mövsümündə vuran dördüncü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

İdman.Biz