Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo İran millisinin 2026-cı il dünya çempionatında iştirak etməli olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, hazırda Portuqaliya “Benfika”sına rəhbərlik edən çalışdırıcı futbol və siyasətin bir-birindən fərqli anlayışlar olduğunu vurğulayıb.
“İdman və siyasət fərqli şeylərdir. Dünya çempionatına vəsiqə qazanan iranlı futbolçular bu turnirin bir hissəsi olmağa layiqdirlər”, - deyə Mourinyo bildirib.
Daha əvvəl mətbuatda İran millisinin ABŞ-la siyasi gərginliyə görə dünya çempionatından imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
