İngiltərə nəhəngləri “Brayton”un müdafiəçisi uğrunda mübarizə aparır

10 May 2026 14:32
137
İngiltərə nəhəngləri “Brayton”un müdafiəçisi uğrunda mübarizə aparır

İngiltərənin “Brayton” futbol klubunun mərkəz müdafiəçisi Yan-Paol van Hekke mövsümün sonunda komandasını dəyişə bilər.

İdman.Biz xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, 25 yaşlı niderlandlı futbolçu ilə ciddi şəkildə “Tottenhem” maraqlanır. Mənbənin iddiasına əsasən, londonluların yeni baş məşqçisi Roberto De Dzerbi transferin reallaşmasında israrlıdır.

Bundan başqa, müdafiəçinin xidmətində “Çelsi” və “Liverpul” da maraqlıdır.

Van Hekke cari mövsümdə bütün turnirlərdə 38 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.

İdman.Biz