Reşford planı işə düşdü

28 Aprel 2026 19:10
135
Reşford planı işə düşdü

İspaniyanın “Barselona” futbol komandası “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun yenidən icarəyə götürülməsi üçün danışıqlara başlayıb.

İdman.Biz xəbər verir ki, jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, “Barselona” hazırda futbolçunun 30 milyon avro (60 milyon AZN) məbləğindəki satınalma opsiyasını aktivləşdirmək niyyətində deyil.

İspaniya təmsilçisi üçün ideal variant Markus Reşfordu ikinci dəfə icarəyə götürməkdir. Əks halda, klub rəhbərliyi ingilis futbolçu üçün tələb olunan transfer qiymətini aşağı salmaq istəyir.

İdman.Biz