Sərxan Hacıyev: “Qəbələ toplanışı U-20-yə gələcəkdə fayda verəcək”

25 Aprel 2026 13:02
393
Sərxan Hacıyev: “Qəbələ toplanışı U-20-yə gələcəkdə fayda verəcək”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə keçirdiyi təlim-məşq toplanışının komandanın gələcək inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, növbəti hazırlıq mərhələsinin mayın sonu – iyunun əvvəllərində keçirilməsi planlaşdırılır və Qəbələdə təşkil olunacaq bu toplanış iki həftə davam edəcək. Bu dəfə baş məşqçi Ruy Jorjenin qərarı ilə yoxlama oyunları keçirilməyib, lakin növbəti toplanış çərçivəsində belə görüşlərin təşkili nəzərdə tutulur. Komandanın yekun heyəti ilə bağlı isə hələlik qərar verilməyib.

Qeyd edək ki, U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlığını davam etdirəcək. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında çıxış edəcək.

İdman.Biz