Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike komandanın hücumçusu Xviça Kvaratsxeliya haqqında yüksək fikirlər səsləndirib. İspaniyalı mütəxəssis gürcü vingerin həm topla, həm də topsuz oyunda sərgilədiyi ustalığın komanda üçün həlledici olduğunu vurğulayıb.
İdman.Biz xəbər verir ki, Luis Enrike “Kvara”nın fərqli keyfiyyətlərə malik olduğunu qeyd edib.
“Kvara başqa səviyyəli oyunçudur. Biz onunla müqavilə imzalayanda hansı keyfiyyətlərə sahib olduğunu artıq bilirdik. O, həm topla, həm də topsuz özünü çox əmin hiss edir. Belə bir oyunçuya sahib olmaq məşqçi üçün əsl sevincdir”, - deyə baş məşqçi bildirib.
Kvaratsxeliya cari mövsümdə keçirdiyi 42 matçda 16 qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
