İspaniya La Liqasında aprel ayının ən yaxşı futbolçusunun adı açıqlanıb. İspaniyanın “Barselona” futbol komandasının gənc istedadı Lamin Yamal nümayiş etdirdiyi möhtəşəm oyunla ayın oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, kataloniyalıların yeniyetmə hücumçusu aprel ayı ərzində keçirilən həlledici matçlarda komandasının qazandığı xallarda böyük pay sahibi olub. O, meydandakı effektivliyi, qol ötürmələri və fərdi ustalığı ilə digər namizədləri qabaqlamağı bacarıb.
Qeyd edək ki, Lamin Yamal İspaniya çempionatının 33-cü turunda “Selta” ilə matçda 11 metrlik cərimə zərbəsi vurduqdan sonra zədələnib.
