Manuel Noyer hər kəsi mat qoydu

24 Aprel 2026 20:03
164
Manuel Noyer hər kəsi mat qoydu

Almaniyanın “Bavariya” futbol komandasının qapıçısı və kapitanı Manuel Noyer karyerası ilə bağlı mühüm qərar verib. 40 yaşlı dünya çempionu Münhen klubu ilə müqaviləsini daha bir il - 2026/2027 mövsümünün sonuna qədər uzadacaq.

İdman.Biz “Abendzeitung” nəşrinə istinadla xəbər verir ki, təcrübəli qolkiper bu qərarı yaxın çevrəsi ilə məsləhətləşdikdən sonra qəbul edib. “Bavariya” rəhbərliyi də bu təklifə müsbət yanaşaraq Noyeri komandada saxlamağa razı olub, əsas şərtlər razılaşdırılıb.

Manuel Noyer 2011-ci ilin yayından bəri Münhen təmsilçisinin şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə 595 rəsmi matçda meydana çıxıb ki, bu qarşılaşmaların 269-da qapısını toxunulmaz saxlayıb. Hazırda Transfermarkt portalına görə qapıçının bazar dəyəri 4 milyon avro (8 milyon AZN) təşkil edir.

İdman.Biz