“Arsenal” Arda Güleri “Real”dan qoparmağa çalışır

24 Aprel 2026 19:55
134
“Arsenal” Arda Güleri “Real”dan qoparmağa çalışır

İngiltərənin “Arsenal” futbol komandası “Real Madrid”in türkiyəli ulduzu Arda Güleri transfer etmək üçün səylərini artırıb. London təmsilçisi gənc istedadı yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

İdman.Biz “CaughtOffside” nəşrinə istinadla xəbər verir ki, “topçular” Arda Gülerin vəziyyətini uzun müddətdir yaxından izləyir. “Arsenal”ın baş məşqçisi Mikel Artetanın türkiyəli futbolçunu öz komandasında görməyi çox istədiyi və artıq oyunçunun yaxın çevrəsi ilə ilkin təmasların qurulduğu iddia olunur. Hətta London klubunun bu transfer üçün 87-90 milyon avro (təxminən 174-180 milyon AZN) civarında bir məbləği gözədən çıxardığı bildirilir.

Hazırda “Real Madrid”də məşqçi qeyri-müəyyənliyinin (müvəqqəti olaraq Alvaro Arbeloa rəhbərlik edir) hökm sürməsi “Arsenal” üçün bir fürsət kimi dəyərləndirilir.

İdman.Biz