Azərbaycan Premyer Liqası: “İmişli” “Sumqayıt”la üz-üzə

25 Aprel 2026 09:00
170
Azərbaycan Premyer Liqası: “İmişli” “Sumqayıt”la üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turunun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tura Quba Olimpiya İdman Kompleksində start veriləcək.

Günün ilk yarısında “İmişli” “Sumqayıt”ı qəbul edəcək. “İmişli” 29 xalla turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. “Sumqayıt” isə 35 xalla yeddinci yerdədir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 29-cu tur
25 aprel (şənbə)
16:00. “İmişli” - “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

İdman.Biz